“İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. “Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub. Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana …
Read More »Bakı Forumu: “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda panel iclası keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir. Boyukmillet.com-un xəbərinə görə, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilir. 2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu …
Read More »Azərbaycan XİN: “Zəlzələ baş vermiş gündən indiyədək Türkiyədən 686 nəfər təxliyə olunub”
Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib. Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd edilib ki, Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız …
Read More »İlham Əliyev Bolqarıstan Prezidenti ilə videokonfrans formatında görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb. Boyukmillet.com-un xəbərinə görə, bu görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Read More »ABŞ-ın Vaşinqton şəhərinin meri Azərbaycan qadınları ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Vaşinqton şəhərinin meri Myuriel Bauzer 27-31 mart 2023-cü il tarixlərini paytaxtda “Azərbaycanın Kənd Qadınlarının Səlahiyyət həftəsi” elan edib. Boyukmillet.com xəbər verir ki, şəhər meri bununla bağlı qətnamə imzalayıb. Xanım mer qətnamədə qeyd edib ki, Vaşinqton şəhəri dünyada 50 milyon nəfərdən çox diaspor üzvü olan Azərbaycan icmasının yaşadığı ilk 10 yaşayış məntəqəsi sırasındadır və şəhər meriyası Azərbaycan qadınlarına dünyanın bir …
Read More »Baş konsul: “Azərbaycan-Türkiyə əməkdaşlığı bundan sonra da uğurla həyata keçiriləcək”
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün sahələr üzrə əməkdaşlıq bundan sonra da uğurla həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev ilə görüşündə deyib. Baş konsul bildirib ki, qarşılıqlı əlaqələr səmərəli və faydalı olacaq. Qeyd olunub ki, hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının ölkələrimiz arasında viza …
Read More »TDT-yə daxil olan ölkələrin səfirləri Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin səfirləri Ankarada Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb. Səfir bildirib ki, həmkarları ilə Özbəkistanın Türkiyədəki səfirliyində bir araya gəliblər. Qeyd edək ki, Zirvə Görüşü martın 16-sı Ankarada keçiriləcək. Türk Devletleri Teşkilatı Olağanüstü Zirve Toplantısı öncesi katılımcı ülkelerin Ankaradaki Büyükelçileri olan …
Read More »Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib”
“Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur. Son 10 ildə Forum öz uğurunu sübut edib”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib. “Dünyada Davos forumu deyilən bir anlayış var. Orada iqtisadi problemlər müzakirə olunur. Münhen Təhlükəsizlik Konfransında daha çox …
Read More »Bolqarıstan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Azərbaycan XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verib
“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür: “Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
