Cümə axşamı , 11 Dekabr 2025

Xarici siyasət

Ceyhun Bayramov sudanlı həmkarı ilə görüşüb

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əl-Sadiq Əli ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədə …

Read More »

“Eqco News”: “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının həqiqi ruhunu qaytarır”

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynadakı müharibə fonunda yeni məna kəsb edən Qoşulmama Hərəkatının (QH) həqiqi ruhunu geri qaytarır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Afrika & Sharing” analitik mərkəzinin rəhbəri, CERAD-ın prezidenti, professor Kristian Qambottinin “Eqco News”da dərc olunan məqaləsində deyilir. “120 dövlət və 17 müşahidəçi ölkənin daxil olduğu Qoşulmama Hərəkatı bununla da öz çəkisini və legitimliyini bərpa edir. Məhz …

Read More »

Nazir: “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”

“Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən sammitində iştirak edən Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq deyib. Nazir son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin 3 dəfə artdığını da qeyd edib. O əlavə edib ki, neft və təbii qaz …

Read More »

İlham Əliyev: “Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir”

Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirir, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə bildirib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayaraq deyib ki, ölkəmiz bu xüsusda bir sıra təşəbbüslərlə çıxış edib. …

Read More »

Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb. Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir …

Read More »

Prezident: “Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir”

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr möhkəm təməllər üzərində qurulub. Ölkələrimiz enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib. Azərbaycanın öz nəqliyyat-tranzit potensialını artırdığını bildirən dövlətimizin başçısı əlavə edib ki, bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması …

Read More »

Bolqarıstanın Baş prokuroru Azərbaycanda səfərdədir

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət …

Read More »

Prezident İlham Əliyev AEBA-nın Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyədə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb

Türkiyədə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yad olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınız bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Müasir dövrün ən faciəli …

Read More »