Cümə , 20 Fevral 2026

Xarici siyasət

Azərbaycan XİN: “Ermənistan minalarla bağlı öhdəliyini öz üzərindən atır”

“Ermənistan Baş nazirinin minalarla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təhrif edən açıqlaması göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. “Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Qərardan göründüyü kimi, Ermənistan …

Read More »

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

“Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib. Qeyd olunub ki, ilk növbədə qeyd edək ki,Paşinyanın guya …

Read More »

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana üçtərəfli görüş təklifi göndərib

“Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”. Boyukmillet.com  xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”. Qeyd edək ki, N.Prays daha əvvəl …

Read More »

FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 319-u uşaq olmaqla 1623 nəfərə tibbi xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Belə ki, hospitallarda …

Read More »

Markov: “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çətin sınaqlar dövründən keçib”

“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından 1 il ötür və o, çətin sınaqlar dövründən keçib”. Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. Onun sözlərinə görə, 1 il ərzində dünyada baş verən hadisələrə baxmayaraq, güclü, məsuliyyətli və müdrik Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan müstəqil ölkə kimi Rusiya ilə strateji müttəfiqlik …

Read More »

Azərbaycandan Türkiyəyə müasir modul tipli daha 5 ədəd fərdi yaşayış evi göndərilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış və hər cür məişət şəraiti ilə təmin olunmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evi Türkiyəyə yola salınıb. Boyukmillet.com xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Xaçmaz rayonunda həyata keçirilən humanitar yardım kampaniyası davam edir. Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 2 otaqlı belə evlərin hər birində 12 …

Read More »

Azərbaycan və Böyük Britaniya beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalayıb

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb. Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət …

Read More »

Britaniyalı nazir Şəhidlər Xiyabanını ziyarət edib

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, ziyarətdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib. “1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, – səfir tviterində yazıb. Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir.

Read More »

İtaliya senatoru: “Xocalı faciəsinin tanınması həyati əhəmiyyət kəsb edir”

“Xocalı faciəsinin tanınması, cəzasızlıq mühitinin qalib gələ bilməyəcəyi, ədalətin qalıcı sülh və sabitliyin yeganə yolu olduğu mesajını vermək üçün həyati əhəmiyyət kəsb edir”. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyada parlamentin yuxarı palatasında Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı toplantıda Senatın Avropa İttifaqının (Aİ) Siyasət Komissiyasının sədri, senator Culio Terzi deyib. Culio Terzi vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin …

Read More »

Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və …

Read More »