Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Azərbaycan beynəlxalq konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair protokolunu imzalayacaq
Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. O bildirib ki, ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə …
Read More »Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamındagöstərilən Protokolu …
Read More »Prezident Klaus Yohannis: “Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur”
Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin tviterdə yazıb. “Bu tərəfaşlığı vətəndaşlarımızın rifahı naminə daha da möhkəmlənəcəyik”, – o, əlavə edib.
Read More »Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub
Fevralın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək görüşü olub. Boyukmillet.com xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
Read More »Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »İlham Əliyev: “Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq”
“Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında bildirib. Buxarestə səfəri ilə bağlı yaxşı xatirələrinin olduğunu söyləyən dövlətimizin başçısı söyləyib: “Buxarestdə …
Read More »ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib
ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviterdə yazıb. O bildirib ki, iclasda səfirliyə hücum məsələsi müzakirə olunub. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu …
Read More »İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd …
Read More »ABŞ Dövlət katibinin müavininin müşaviri Tehrandakı terrora görə Azərbaycana başsağlığı verib
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edən zaman çatdırılıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
