Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Türkiyənin vitse-prezidenti: “20 Yanvar qəhrəmanlarının ağrıları hələ də ürəyimizi yandırır”

“Ağrıları hələ də ürəyimizi yandıran qəhrəmanlarımızın ruhu şad olsun, əziz Azərbaycanımız daim var olsun”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb. “33 il öncə qardaşımız Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi yad edirəm”, – o bildirib.

Read More »

MHP-nin sədr müavini: “Ermənistan öz rifahını düşünürsə, diplomatik danışıqlarda fəal olmalıdır”

“Ermənistan öz rifahını düşünürsə, diplomatik danışıqlarda fəal olmalıdır”. Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın deyib. Laçın və Zəngəzur dəhlizinin təkcə Cənubi Qafqaza və Azərbaycana deyil, Ermənistana da töhfə verəcəyini deyən deputat bildirib ki, Ermənistan dövlət və xalq olaraq rifaha qovuşmaq istəyirsə, gülləni öz ayağına …

Read More »

Leyla Abdullayeva 20 Yanvar günündə Parisdə Topçubaşovun məzarını ziyarət edib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib. “20 Yanvar günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. “Torpaq əgər uğrunda ölən varsa Vətəndir” – diplomat bildirib.

Read More »

Türkiyə MN: “Bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir olacağıq”

“1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaş və bacılarımızı yad edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviterində yazılıb. “Bir millət, iki dövlət” olaraq bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir olacağıq”, – paylaşımda bildirilib.

Read More »

TÜRKSOY 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib. “1990-cı ilin 20 Yanvarında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş “Qanlı Yanvar” şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə hörmət və ehtiramımızı bildiririk”.

Read More »

İstanbulda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilir

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Türkiyənin İstanbul şəhərindəki Nişantaşı Universitetində tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Qeyd olunub ki, universitet müəllimlərinin iştirak etdiyi tədbirdə sovet ordusunun 1990-cı ildə Azərbaycanda törətdiyi qətliamın qurbanları anılır.

Read More »

BTMİF: “20 Yanvar faciəsi həm də qəhrəmanlıq səhifəsi kimi yadda qalıb”

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviterində yazılıb. “Azərbaycanın tarixində faciə ilə yanaşı, qəhrəmanlıq səhifəsi kimi də yadda qalan 20 Yanvar – Ümumxalq Hüzn Günündə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ölkənin azadlığı uğrunda mübarizədə həlak olanları böyük ehtiramla anır, Azərbaycan xalqına dərin hüznlə …

Read More »

Azərbaycanın Baş prokuroru Niderlandda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Niderlandda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı fövqəladə səfiri Rəhman Mustafayev öz rəsmi tiviter hesabında yazıb. Səfir bildirib ki, 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən vəhşiliyə ilk hüquqi və siyasi tələb irəli sürmüş ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib: “Daha sonra isə 20 Yanvar faciəsi barədə müzakirələr aparılıb”.

Read More »

Mustafa Şəntop: “20 yanvar Can Azərbaycanla ortaq dərdimizdir”

“Can Azərbaycanla ortaq dərdimiz olan 20 Yanvar faciəsindən 33 il keçir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Parlamentinin spikeri Mustafa Şəntop tviterdə yazıb. “Qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, işğala məhkum edilməyə çalışılan 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Allah bizləri bir daha belə əzablara məruz qoymasın”, – o bildirib.

Read More »

ABŞ-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

ABŞ-ın paytaxtı Vaşinqon şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, yerli ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Anım tədbirinin açılışında 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən səfirliyin birinci katibi Toğrul Əliyev …

Read More »