Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Azərbaycan XİN: “Ermənistan danışıqları pozmaq üçün yeni bəhanə axtarır”

“Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər. Bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O vurğulayıb ki, Ermənistan növbəti saxta ittihamla çıxış edib. L.Abdullayeva bildirib ki, rəsmi İrəvan eyni ssenarini təkrarlayır: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.

Read More »

Azərbaycan XİN: “Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir”

Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in 28 sentyabr tarixli bəyanatına dair şərhində bildirilib. Qeyd edilib …

Read More »

Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə H.Hacıyev məlumat verib. “Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat …

Read More »

Hikmət Hacıyev Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb. Azərbaycan Prezidentinin köməkçisi  “Heritage Fondu”nda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Read More »

ABŞ-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasında baş tutan tədbirdə Birləşmiş Ştatlarda yaşayan Azərbaycan icmasının fəalları, azərbaycanlı tələbələr, səfirliyinin əməkdaşları, yerli və beynəlxaq ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın …

Read More »

Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib. “Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün …

Read More »

İlham Əliyev Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaları müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına …

Read More »

İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib

“Bu gün 27 sentyabr – Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. O, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib: “Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.

Read More »

Türkiyə səfirliyi: “Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik”

“Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik”. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyənin Azərbaycandakı səfirliyinin 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşımında öz əksini tapıb. “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini anır, Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik. Qarabağ Azərbaycandır!”, – paylaşımda qeyd olunub. …

Read More »