Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Türkiyənin hakim partiyası Fransanı tənqid edib: “30 il işğala göz yumdunuz”

“Fransa Azərbaycana hansısa sanksiyalar tətbiq etməkdən danışır. Rəsmi Paris hər şeydən əvvəl 30 il ATƏT-in Minsk qrupunun tərkibində Azərbaycanla Ermənistan arasında problemi həll etmək üçün hansı işləri gördüyündən danışmalıdır”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş deyib. O, Fransaya müraciət edib: “Sən əvvəl 30 il Minsk qrupunun tərkibində Azərbaycanla …

Read More »

Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Latviyanın Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, …

Read More »

Fransalı keçmiş deputat: “Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə biabırçılıqdır”

“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə biabırçılıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lamber Fransa Senatına ünvanladığı məktubunda qeyd edib. Onun sözlərinə görə, noyabrın 15-də Senat Konstitusiyanın 34-1-ci maddəsinə əsasən, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə təklifini qəbul edib: “Fransa senatorları bilməlidirlər ki, beynəlxalq hüquqa əsasən, 1992-ci ildən …

Read More »

Prezident: “Biz Şərq Tərəfdaşlığı proqramını Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik”

“Biz Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğunu nəzərdən keçirməliyik. Azərbaycan bu proqramı və platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib. Şərq Tərəfdaşlığına üzv olan …

Read More »

Azərbaycan lideri: “Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm”

“Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu …

Read More »

İlham Əliyev: “Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”

“Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib. “Bizə Ermənistan hökumətinin öz gündəliyi …

Read More »

Azərbaycan Prezidenti: “Avropa İttifaqı ilə saziş üzərində iş uğurla, lakin ləng gedir”

“Bizə gəldikdə, biz, eyni zamanda, Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli əsasda fəal işlədik. Üzv ölkələrin doqquzu ilə biz strateji tərəfdaşlıq haqqında bəyanat, yaxud saziş imzalayıb və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiridir. Hesab edirəm ki, Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub. Beləliklə, bu, yaxşı platformadır və biz onu …

Read More »

Şimali Kipr Prezidenti Azərbaycan xalqını təbrik edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb. “34 il əvvəl – 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr – Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan …

Read More »

Britaniya səfiri Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib

“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviterdə yazıb. Diplomat 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bütün Azərbaycan xalqını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”

Read More »

Türkiyə XİN Azərbaycan xalqını təbrik edib

“Can Azərbaycanın milli müstəqillik yolunda Milli Dirçəliş Günü dönüş nöqtəsidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tviterində yazılıb. Nazirlik Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Read More »