Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Fahrettin Altun: “Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb”

“İkinci Qarabağ müharibəsi dövründə informasiya savaşında azərbaycanlı qardaşlarımızla birgə hərəkət etdik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə daim əlaqədə idik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb: “Azərbaycanın haqlı mübarizəsindəki …

Read More »

Türkiyə MN: “Azərbaycanla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik”

Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım olunub. “Qəhrəman Azərbaycanın 8 Noyabr – Zəfər Günü mübarək olsun. İki il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın …

Read More »

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə rəsmi tviter səhifəsində paylaşım edib. “Qəhrəmanca mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa şərait yaradan Azərbaycanın Zəfər Günü mübarək. Zəfərlərin əbədi olsun, can Azərbaycan!”, – nazir bildirib. İşgal altındaki topraklarını kahramanca …

Read More »

Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib. “İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü təbrik edirik. Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub. Türkiyə işğaldan …

Read More »

İsrail səfirliyi Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib

İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter hesabında paylaşım edilib. “Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!”, – paylaşımda bildirilib.

Read More »

Hulusi Akar: Azərbaycan əsgəri türkün gücünü dünyaya göstərdi

“Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib. O qeyd edib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət, iki …

Read More »

Türkiyə səfiri Zəfər Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, türkiyəli diplomat tviterdə yazıb: “Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”. Vətən uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Zəfəriniz mübarək, qardaşım”. "Bayrakları bayrak yapan üstündeki kandır.Toprak eğer uğrunda …

Read More »

Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib

Türkiyə Respublikasında fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan …

Read More »

Pakistan səfiri: “Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”

“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Xai ölkəmizin Vətən müharibəsində qələbəsinin ildönümü ilə bağlı açıqlamasında deyib. “Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinə və gec-tez işğalçının reallıqla üz-üzə qalacağına sübut idi”. Səfir vurğulayıb ki, bu tarix Pakistanda da qeyd olunur: “Azərbaycan bayraqları Pakistanda dalğalanır. Pakistan hökuməti və xalqı …

Read More »

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın geniş tərkibli görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. “Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb”, – məlumatda bildirilib.

Read More »