Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Prezident: “İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı bundan sonra da müvəffəqiyyətlə davam edəcək”

“İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə ünvanladığı təbrik məktubunda yer alıb. “Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda …

Read More »

Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının Sədrini təbrik edib

Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli xanım Sədr, İtaliya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim …

Read More »

XİN: “Ermənistana dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün təzyiq göstərilməlidir”

“Dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, Ermənistanın Üçtərəfli bəyanat və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, mina …

Read More »

Prezident: “Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək Azərbaycanla sülh müqaviləsini imzalayacaq”

“Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. “İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş …

Read More »

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb

Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb. Boyukmillet.com-un xəbərinə görə, Gürcüstanın Baş naziri dövlət başçısını qarşılayıb. Sonra rəsmi foto çəkdirilib.

Read More »

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Pakistan vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinə görə tutulan rüsum müəyyənləşib

Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Belə ki, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan …

Read More »

İlham Əliyev: “Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi”

Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətinə irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü və noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi, …

Read More »

İlham Əliyev: “Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir”

“Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə …

Read More »

Azərbaycan lideri: “Belə bir gündə Türkiyə Prezidentinin Zəngilanda, Cəbrayılda olması xüsusi məna daşıyır”

“Belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmlidir. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl …

Read More »