Şənbə , 1 İyun 2024
Drone Cameras

QMİ sədri: “Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”

“Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

“Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaq. Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər”, – QMİ sədri vurğulayıb.

Check Also

XİN-dən Aİ rəsmisinin bəyanatına reaksiya: “Qərəzli və qəbuledilməzdir”

Rəsmi Bakı ittihamları qəbul etmir Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici siyasət və …