Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb. Boyukmillet.com bildirir ki, bunu C.Bayramov tviterdə yazıb. “Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, – nazir bildirib. Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüş, 31 avqust …
Read More »Azərbaycan Prezidenti almaniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu …
Read More »Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının zəruriliyini vurğulayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüşdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının zəruriliyini vurğulayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan …
Read More »Aİ-nin xüsusi nümayəndəsi: “Mənə azərbaycanlılara qarşı hərbi cinayətlərin videoları göndərilib”
“Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb. “Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var”, – o qeyd edib.
Read More »XİN: “Ermənistanın əsassız iddialarla beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərini qətiyyətlə qınayırıq”
“Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in hərbi cinayətlərlə bağlı bəyanatına dair şərhində deyilir. “Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona …
Read More »İlham Əliyev: “Azərbaycanla Rumıniya arasında münasibətlər strateji tərəfdaşlıq əsasında inkişaf edir”
Dövlət başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu fikri oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşü zamanı deyib. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Read More »Azərbaycan Prezidenti Rumıniyaya rəsmi səfərə dəvət olunub
Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bolqarıstanın paytaxtı Sofiyada görüşü zamanı bildirib. Rumıniyanın Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana …
Read More »Beynəlxalq məhkəmələrə ermənilərin cinayətləri ilə bağlı müraciət davam etdirilir
Erməni qəsbkarlarının cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət istiqamətində işlər davam etdirilir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib. “Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür. Eyni zamanda erməni qəsbkarları tərəfindən …
Read More »Şuşa və Veliko Tırnovo şəhərləri qardaşlaşıb
Azərbaycanın Şuşa və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 30-da paytaxt Sofiyada iki şəhər arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.
Read More »Prezident: “Bolqarıstan və Azərbaycan dost və strateji tərəfdaş ölkələr kimi sıx əlaqədədirlər”
“Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib. “Prezident Radev bu gün müzakirə olunan məsələlər haqqında geniş məlumat verdi. Öz tərəfimdən onu əlavə etmək istərdim ki, bizim həm təkbətək söhbətimiz, həm də nümayəndə heyətlərinin iştirakı ilə gedən …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
