Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib. “Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün …

Read More »

İlham Əliyev Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaları müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına …

Read More »

İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib

“Bu gün 27 sentyabr – Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. O, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib: “Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.

Read More »

Türkiyə səfirliyi: “Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik”

“Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik”. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyənin Azərbaycandakı səfirliyinin 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşımında öz əksini tapıb. “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini anır, Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik. Qarabağ Azərbaycandır!”, – paylaşımda qeyd olunub. …

Read More »

XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq

Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq. Boyukmillet.com xəbər verir ki, bu çağırış Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 27 sentyabr – Anım Günü ilə bağlı bəyanatında yer alıb. “Bu gün, 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən iki il ötür. 44 günlük Vətən müharibəsinin başlanğıcını qoyan bu tədbirlər, Ermənistanın növbəti …

Read More »

Prezident: “Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir”

Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Əvvəlki görüşümüzü xatırlayıram. Vaxt sürətlə keçir. Azərbaycana sizin səfərinizdən dörd il keçir. Lakin bu müddətdə …

Read More »

“The New York Times” Ermənistanla Azərbaycanın şərti sərhədindəki gərginliyə münasibət bildirib

ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub. Boyukmillet.com xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir. Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri …

Read More »

Azərbaycan və İndoneziya prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan və İndoneziya prezidentləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olması münasibətilə məktub mübadiləsi həyata keçiriblər. Boyukmillet.com xəbər verir ki, İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir: “Zati-aliləri. Bu əlamətdar gün – 1992-ci il sentyabrın 24-də İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə İndoneziya hökuməti və xalqı …

Read More »

İlham Əliyev: “Hazırda Azərbaycan-İndoneziya əlaqələrinin keyfiyyətcə yeni pilləyə qaldırılması üçün yaxşı imkanlar var”

“Ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar var”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə …

Read More »

Ceyhun Bayramov İsveçin XİN başçısı ilə Ermənistanın sərhəddə son təxribatlarını müzakirə edib

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb. “İsveçin xarici işlər naziri Ann Linde ilə görüşməkdən məmnunam. Ermənistan tərəfindən alovlandırılan eskalasiya barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini bir daha bildirdim. …

Read More »