“Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Amerika …
Read More »Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, 4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri …
Read More »Ceyhun Bayramov: “Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”
“Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”. Boyukmillet.com “Mehr”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.
Read More »Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh …
Read More »Qazaxıstanlı ekspert: “Türk dövlətləri ortaq dəyərləri, dili, mədəniyyəti qoruyaraq saxlayıb”
“Uzun müddət ərzində SSRİ-nin tərkibində olmasına baxmayaraq, türk dövlətləri əlaqələri kəsməyib. Biz repressiyalara rəğmən ortaq dəyərlərimizi, dilimizi, mədəniyyətimizi qoruyub saxlamışıq”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən növbədənkənar toplantısında deyib. O, türk dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Ekspert sıx qarşılıqlı əlaqəni və mədəni mübadiləni genişləndirmək …
Read More »Ufuk Ulutaş: “Şuşa Azərbaycan-Türkiyə əməkdaşlığını yeni səviyyəyə qaldıran məkandır”
“Şuşa Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni, daha da yüksək səviyyəsini göstərən bəyannamənin imzalandığı yerə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş Şuşada türk dövlətlərinin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. “Bu gün Şuşada toplaşmağımız təsadüfi deyil”, – o bildirib. U.Ulutaş vurğulayıb ki, geosiyasət beynəlxalq münasibətlərin reallığıdır: “Qarabağ münaqişəsi …
Read More »Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb. Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq. Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.
Read More »Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan parlamentinin sədri yekun çıxışı edib. O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb. Tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar. Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri …
Read More »Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb. “Səfirə Azərbaycan və Çexiya arasında strateji əlaqələrinin daha da inkişafına yönəlmiş səylərində uğurlar arzulayıram”, – C.Bayramov qeyd edib.
Read More »Bakı Konfransında Yəmən Nümayəndələr Palatasının sədr müavini dünya dövlətlərinə müraciət edib
“Din adı altında bizim ölkəmizi dağıdırlar, ölkəmizdə “dini bomba”dan istifadə edirlər, ölkəmizdə terorr hadisələri törədirlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Yəmən Nümayəndələr Palatasının sədr müavini Moşen Ali Basorah Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib. O, Hərəkata üzv ölkələri və dünya dövlətlərini Yəmənə dəstək verməyə çağırıb: “Yəmən xalqı terrora məruz qalır, dindən istifadə edərək ölkəmizi dağıdırlar. Dünyanı çağırırıq ki, …
Read More »