Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib. Bu gün Özbəkistan Prezidenti ilə …
Read More »Özbəkistan Prezidenti: “Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyünün bərpası idi”
“Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir”. Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə Heydər Əliyev Meydanının açılışında söyləyib. “Ölkə həyatının ən dramatik dövründə …
Read More »Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib
Ukrayna Ali Radasında Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun da iştirak etdiyi iclasda gələcək fəaliyyətin istiqamətləri, xüsusilə də Rusiyanın hərbi təcavüzü zamanı dağıdılan evlərin bərpası və məcburi köçkünlərə dəstək kimi məsələlər müzakirə olunub. Dostluq Qrupunun həmsədri Volodimir Kreydenko Ukraynaya göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür …
Read More »Azərbaycan və Özbəkistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalanıb
Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramı imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov imzalayıblar. Bundan başqa, Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu sənədə də C.Bayramov və V.Norov imza atıblar. Qeyd edək …
Read More »Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
İyunun 21-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İlham Əliyev: “Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm”
“İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür”. Boyukmillet.com xəbər verir …
Read More »Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olub
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub. Boyukmillet.com xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
Read More »Türkiyə səfiri: “Şuşa Bəyannaməsi türk dünyası üçün nümunədir”
“Türkiyə-Azərbaycan münasibətləri tarixinin başlanğıc nöqtəsini tapmaq çətindir, lakin istinad ediləcək hadisə varsa, bu da Qars müqaviləsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin “Akşam” nəşrinə müsahibəsində bildirib. “Eyni zamanda Azərbaycanın Qurtuluş Günü kimi qeyd edilən 15 iyunda imzalanan Şuşa Bəyannaməsi də son dərəcə önəmlidir. Sənədin Azərbaycanın qurtuluşu ilə bağlı bir tarixdə imzalanması da anlamlıdır. Ümumiyyətlə bu sənəd …
Read More »Xələf Xələfov Fransada bir sıra görüşlər keçirib
Parisdə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa Müəssisələr Hərəkatının (MEDEF) nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tviter səhifəsində edilmiş paylaşımda deyilir. “Dəyirmi masa” çərçivəsində Azərbaycan XİN rəhbərinin müavini jurnalistlər, QHT nümayəndələri və Fransanın analitik mərkəzlərinin təmsilçiləri ilə iki ölkə arasında əməkdaşlığın aktual mövzularını müzakirə edib.
Read More »Azərbaycan-Özbəkistan münasibətləri – yaxşı keçmiş və perespektivli gələcək – ŞƏRH
Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri …
Read More »