Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.
Read More »İlham Əliyevin adından Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib. Bu barədə Boyukmillet.com Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Read More »Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin iştirakı ilə biznes forum keçiriləcək
Bu il sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviter səhifəsində qeyd olunub. “Sentyabrın 16-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu baş tutacaq”, – paylaşımda bildirilib.
Read More »Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb
Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub. Boyukmillet.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır. Sizin səfərinizə çox böyük önəm …
Read More »Azərbaycan lideri: “Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”
“Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubda yer alıb. “Əminəm ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, …
Read More »İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dövlətlərarası əlaqələrimizi və əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Diplomatik münasibətlərimizin qurulduğu …
Read More »Qazaxıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin …
Read More »İSBAM rəhbəri Qırğızıstan səfiri ilə görüşdü – (FOTO)
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri, eyni zamanda, “Böyükmillət.com” media portalının Baş redaktoru Samir Adıgözəlli Qırğızıstanın Azərbaycan Respublikasındakı Səfirliyində olub. Belə ki, Samir Adıgzəlli səfir Kayrat Mederbekoviç Osmonaliyevlə görüşərək avqustun 21-də Rusiyanın Ulyanovsk vilayətində yol-nəqliyyat qəzası nəticəsində həyatlarını itirən Qırğızıstanın 14 vətəndaşına görə dərindən kədərləndiyini bildirib. İSBAM sədri səfirə başsağlığı verib, vəfat edənlərin ailələrinə və dost qırğız xalqına Allahdan səbr diləyib. Sonra isə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
