“Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü zamanı deyib. “Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən …
Read More »Bolqarıstanın Baş naziri Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib
Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, bolqarıstanlı nazir bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi təkbətək görüşdə deyib. “Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz. Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz …
Read More »Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir
Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq. Boyukmillet.com “Radio Bulgaria”ya istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə məlumat verib. Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. “Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, – Bolqarıstanın Baş naziri deyib.
Read More »Ceyhun Bayramov və Sergey Lavrov üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar
İyulun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb. Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir …
Read More »ABŞ Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib
ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir: Hesabatda bildirilib ki, hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş …
Read More »Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Telefon danışığı zamanı, iki qardaş ölkə arasında əlaqələrin hazırki səviyyəsi və Cənubi Qafqazdaki vəziyyət müzakirə edilib.
Read More »Türkiyənin ailə və sosial xidmətlər naziri ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık Fəxri Xiyabanda ümmilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Nazir Dərya Yanıkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müşayiət edib. Şəhidlər Xiyabanını ziyarət edən nazir şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, Əbədi Məşəl abidəsi önünə əklil …
Read More »Ceyhun Bayramov Avropa Komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi tviterdə yazıb. Görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ukraynadakı müharibə, enerji məsələləri müzakirə olunub. “Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub”, …
Read More »XİN Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası barədə məlumat yayıb
Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas zamanı, Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
