Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Sabah Brüsseldə Azərbaycanın XİN başçısı ilə NATO-nun Baş katibi arasında görüş olacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyans məlumat yayıb. Görüş sabah Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.

Read More »

Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o …

Read More »

ABŞ dövlət katibi: “Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar”

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdılar”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb. “Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – ABŞ-ın dövlət katibi vurğulayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın xarici …

Read More »

Azərbaycan və Gürcüstan regionları arasında əlaqələr genişlənir

Şəmkir – Marneuli, Ağstafa – Qardabani, Göygöl – Bolnisi, Daşkəsən – Dmanisi qardaşlaşma memorandumları imzalanıb Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.Əvvəlcə Gürcüstan nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini …

Read More »

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Avropa Parlamentinin Xarici əlaqələr Komitəsinin nümayəndə heyəti gələn həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə komitənin sədri Devid Makallister bildirib. Onun sözlərinə görə, Gürcüstana səfər çərçivəsində Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə illik hesabat və Aİ-yə üzvlüyə namizəd statusu məsələləri müzakirə olunacaq.

Read More »

Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş başlayıb

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb. Boyukmillet.com “Habertürk” istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir. Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.

Read More »

Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Bildirilib ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə ediləcək. Zirvə toplantısında terrora qarşı mübarzə, terrorçu PKK/YPG-PYD qruplaşması …

Read More »

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir

İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada …

Read More »

Hulusi Akar: “Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir”

Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalına verdiyi özəl müsahibədə teleaparıcı Saynur Tezelin 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib. “Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan (Vətən müharibəsi nəzərdə …

Read More »

XİN-in rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN tvitterdə paylaşım edib. Qeyd edək ki, 9 iyul Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarının yaradılması günüdür.

Read More »