Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Böyük Britaniyanın Baş naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Boyuk Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə məktub ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, mətndə deyilir:  “IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm. Rusiyanın Ukraynaya qeyri-qanuni və əsassız müdaxiləsini …

Read More »

İlham Əliyev Gürcüstan Prezidenti ilə görüşüb

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

YAP sədrinin müavini: “Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu”

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir”. Boyukmillet.com  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. O bildirib ki, ötən gün Şuşada keçirilən konfrans iki ölkə arasındakı münasibətlərin növbəti təzahüri idi: “Konfransda ciddi mesajlar verildi və yeni mərhələnin əsasları qoyuldu. Tədbirdə aparıcı siyasi partiyaların rəhbər və nümayəndələri iştirak edirdilər. …

Read More »

Binəli Yıldırım: “Artıq Zəngəzur dəhlizi açılmalıdır”

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. …

Read More »

Ərdoğan IX Qlobal Bakı Forumunun iştirakçılarına məktub ünvanlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IX Qlobal Bakı Forumunun iştirakçılarına məktub göndərib. Boyukmillet.com-un xəbərinə görə, məktubu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.

Read More »

Azərbaycan lideri: “Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkanlar yaradıb”

“Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlətimizin başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn …

Read More »

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamental elementidir”

“Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib. “Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, – dövlət başçısı deyib. Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və …

Read More »

Ukraynanın sabiq birinci xanımı Azərbaycana təşəkkür edib

“Biz göndərilən hərbi dəstəyə görə təşəkkür edirik. Amma bizim daha çox silaha, hərbi yardıma ehtiyacımız var”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib. Onun sözlərinə görə, bu, mövcudluq, yaşamaq məsələsidir: “Biz bilirik ki, bir qarış torpaqdan imtina etmək nə ilə nəticələnəcək, oradakı insanlar öldürüləcək. Biz …

Read More »

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Poltava vilayətinin rəhbərliyi ilə görüşüb

Fəxri konsul Əfqan Salmanov, Poltava Hərbi Administrasiyasının sədri Dmitri Lunin, onun humanitar məsələlər üzrə müavini Yekaterina Rıjeçenko və Poltava Milli Pedaqoji Universitetinin Psixologiya kafedrasının fəxri professoru Vladimir Morqun ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Xarkov vilayətindən Poltava vilayətinə təxliyə edilmiş azərbaycanlılar və Poltava vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Fəxri konsul Əfqan Salmanov bildirib ki, Konsulluq bu …

Read More »

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirilib. Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın …

Read More »