Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Sergey Lavrov gələn həftə Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Read More »

Prezident: “Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi, siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir”

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub. Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi – “Azərbaycan – …

Read More »

BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb. Boyukmillet.com xəbər verir ki, Abdulla Şahid bu barədə tviter hesabında yazıb. “Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, – A.Şahid qeyd edib. Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur …

Read More »

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. “Report” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, – təbrikdə deyilir.

Read More »

Meksikanın tanınmış qəzetində Azərbaycanın müstəqillik tarixindən bəhs edilib

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Uno mas Uno” qəzetində Azərbaycanın müstəqillik tarixi və respublikamızla Meksika arasındakı münasibətlərdən bəhs edilib. Boyukmillet.com xəbər verir ki, tanınmış meksikalı jurnalist Federiko Lamontun müəllifi olduğu məqalədə Mexiko şəhərində keçirilmiş, Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyinə həsr olunmuş təntənəli tədbir geniş işıqlandırılıb. Məqalədə, …

Read More »

Binəli Yıldırım və Türkiyə səfiri Şuşaya səfər edib

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında bildirib. O, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək. Türkiyənin sabiq baş …

Read More »

Çavuşoğlu NATO baş katibi ilə danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında NATO-nun Şərqə doğru genişlənməsi haqqında fikir mübadiləsi aparılıb.

Read More »

Baş prokuror ABŞ rəsmisi ilə görüşüb

İyunun 14-də Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşüb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, …

Read More »

Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr təyin ediləcək

Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr təyin ediləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin mayın 17-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək. Deputat Hikmət Məmmədovun Azərbaycan-Paraqvay parlamentlər arası işçi qrupuna yeni sədr təyin edilməsi məsələsi müzakirə ediləcək.

Read More »

“Azərbaycan və Türkiyə elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək” – RƏY

“Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi çərçivəsində iqtisadi və enerji sahəsində əməkdaşlıq geniş spektrli müttəfiqlik səviyyəsinə yüksəlib. Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəniyyət, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının ümumi maraqların qorunmasında birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin energetika üzrə eksperti, iqtisad elmləri doktoru …

Read More »