Türkiyənin İstanbul şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə Baş konsul Nərminə Mustafayeva, şəhərdə müalicəsi davam edən Vətən müharibəsi qaziləri, İstanbul Valiliyi və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının bu …
Read More »Ceyhun Bayramov: “Müstəqillik Günü münasibətilə ölkəmizə inkişaf, rifah arzu edirəm”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may – Müstəqillik Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm. Yaşasın Azərbaycan!”. https://twitter.com/bayramov_jeyhun/status/1530378212957687809?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1530378212957687809%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fceyhun-bayramov-musteqillik-gunu-munasibetile-olkemize-inkisaf-rifah-arzu-edirem%2F
Read More »Pakistanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
Azərbaycan Respublikasının Pakistandandakı səfirliyi İslamabadda yerləşən “Marriott” mehmanxanasında ölkəmizin 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib. Səfirlikdən “Report”a verilən məlumata görə, Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasinin əsas qonaq qismində iştirak etdiyi qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin …
Read More »Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub
Mayın 27-də Pekin şəhərində Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub. Bu barədə Azərbaycanın Çindəki Səfirliyindən məlumat verilib. Bu münasibətlə diplomatik korpusun Qarabağ zalında rəsmi qəbul təşkil edilib. Tədbirdə Çinin Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri və Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbrik çıxışı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilib. Nazir çıxışında …
Read More »BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır. Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan cətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində …
Read More »Prezident: “Ermənistan nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz”
Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. “Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk günlərindən son gününə qədər mən …
Read More »Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycanın bütün xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram. Biz Azərbaycan Respublikasının bu illər ərzində qazandığı uğurlara görə sevinir və ikitərəfli münasibətlərimizi …
Read More »Əli Əsədov gürcüstanlı həmkarına təbrik məktubu göndərib
Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib. Təbrik məktubunda deyilir ki, Azərbaycan və Gürcüstanı tarixən sıx dostluq əlaqələri və mehriban qonşuluq münasibətləri birləşdirir, mövcud əməkdaşlığın bundan sonra da qarşılıqlı münasibətlərin inkişafına xidmət edəcəyinə əminlik ifadə edilib. Ə.Əsədov iki dövlət arasında münasibətlərin bu gün yüksək səviyyədə …
Read More »BƏƏ-nin vitse-prezidenti Azərbaycan liderini təbrik edib
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və …
Read More »Belarus səfirliyi Azərbaycanı təbrik edib
Belarusun Azərbaycandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirlik tviterdə paylaşım edib: “Belarus səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir! Qoy bu bayram həmişə Azərbaycan dövlətinin sarsılmaz suverenliyinin, firavanlığının və xalqının rifahının rəmzi olsun”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
