Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Gürcüstan spikeri: “Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm veririk”

“Gürcüstan Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm verir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Halil Etyemezlə görüşdə deyib. Tərəflər Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığı müzakirə ediblər və qanunverici orqanlar arasında əlaqələrin intensivləşdirilməsini alqışlayıblar. Görüşdə regionda sülhün möhkəmləndirilməsi üçün atılmış addımlar da diqqət mərkəzində olub. Ş.Papuaşvili …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Zəngəzur dəhlizinin tikintisi ilə tanış olublar – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan …

Read More »

Almaniya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm. Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurulub. Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə …

Read More »

Ceyhun Bayramov: “Brüssel görüşündə bir sıra məsələlərdə mövqelər yaxın olub”

“Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik”. Boyukmillet.com  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib. “Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub”, – nazir vurğulayıb. Qeyd edək ki, mayın 22-də Brüsseldə …

Read More »

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, həyata keçirilən intensiv dialoqu məmnunluqla …

Read More »

Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Bu illər ərzində Azərbaycan Respublikası siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin …

Read More »

Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib

Niderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramının – Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram”.

Read More »

Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. Rusiya-Azərbaycan …

Read More »

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb – FOTO

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Bu barədə Boyukmillet.com Ağ Evin rəsmi saytına istinadən xəbər verir. Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir. Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlavə diplomat Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi …

Read More »

Azərbaycan XİN başçısı: “Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur”

“Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib. “Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt …

Read More »