“Azərbaycandan fərqli olaraq, Ermənistan çıxılmaz vəziyyətdədir. İrəvana maliyyə yardımı hava-su kimi lazımdır. İndiki halda Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyəti bu maliyyə yardımını ancaq Avropa İttifaqından ala bilər”. Bunu “Report”a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, düşdüyü çıxılmaz vəziyyətə görə Ermənistan Qərbə yaxınlaşmaq istəyir: “Kreml bunu başa düşür. Çox güman ki, Ermənistan Qərbə doğru bir az da …
Read More »Misir Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşıdakı illərdə də dost …
Read More »Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır
Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib. Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format …
Read More »İranın neft naziri Azərbaycana səfər edəcək
İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək. Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni …
Read More »Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar. Yəni komissiyada Ermənistan xarici işlər …
Read More »Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub. Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Read More »Azərbaycan-Qazaxıstan münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, səfirlər və diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər. Tədbiri açıq elan edən Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında …
Read More »XİN başçısının müavini Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrləri ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məluamta görə, görüşdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr …
Read More »Azərbaycan-Qazaxıstan Ekspertlər Şurası yaradılıb
Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “dəyirmi masa” çərçivəsində Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov imzalayıblar. F.Şəfiyev deyib ki, Şuranın yaradılmasında məqsəd iki ölkə ekspertləri arasında əməkdaşlığı möhkəmləndirməkdir. “Bu gün …
Read More »Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək
Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib. Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq. Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
