Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə Almaniya və Fransaya nota verib

Türkiyə Almaniya və Fransaya nota verib.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, – XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa və Almaniyada PKK terror təşkilatının tərəfdarları aksiya keçiriblər.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …