Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Rumıniya Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu bayram ərəfəsində mən Rumıniya ilə Azərbaycan Respublikası arasında bir çox səviyyələrdəki dialoqun və əməkdaşlığın ikitərəfli strateji tərəfdaşlıq vasitəsilə möhkəm təməllər üzərində inkişaf edəcəyinə …

Read More »

Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək …

Read More »

Özbəkistan Prezidenti İlham Əliyevi təbrik ünvanlayıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram. Son illərdə Sizin rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı və səmərəli islahatlar nəticəsində xalqınızın həyat səviyyəsi …

Read More »

Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik. Zati-alinizə hörmət və ehtiramla, …

Read More »

SOCAR İrpendə hərbi əməliyyatlar zamanı ziyan görmüş akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin təmirini üzərinə götürüb

“SOCAR Energy Ukraine” şirkəti Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatlar zamanı ziyan görən İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin təmirini üzərinə götürüb. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı “SOCAR Energy Ukraine” şirkəti ilə İrpen şəhər Meriyası arasında razılıq əldə olunub. Bu razılaşma “SOCAR Energy Ukraine” şirkəti baş direktoru Elçin Məmmədovla İrpen şəhər meri …

Read More »

Azərbaycan və Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Latviyada “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Bu barədə agentlikdən məlumat verilib. Sənədi Azərbaycan tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıb. Sənəd “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, …

Read More »

Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yükdaşımalarla bağlı danışıqlar aparılıb

Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yüklərin koordinasiyalı şəkildə və fasiləsiz daşınması ilə bağlı danışıqlar aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib. Qeyd olunub ki, danışıqlar Gürcüstanın koordinasiyası ilə baş tutub. Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında aparılmış müzakirə zamanı Gürcüstan tərəfindən yükdaşımalarında gecikmələrin olmadığı bildirilib. Bu istiqamətdə bəzi çatışmazlıqların qarşı tərəfdə …

Read More »

ABŞ Prezidenti: “Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik”

“ABŞ Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir”. Boyukmillet.com xəbər verir ki, bu, ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda vurğulanıb. “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. …

Read More »

Cozef Bayden İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm. Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və …

Read More »

Sahibə Qafarova Türkiyə Hesablama Məhkəməsinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener ilə görüşüb. Boyukmillet.comxəbər verir ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu söyləyib. Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində arternativi yoxdur. Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edir. Sevindirici …

Read More »