Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Litva Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verilib

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə rəsmi ziyafət verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Belarusun Baş naziri Azərbaycana gəlib

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb. R.Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək. Bundan başqa, səfər çərçivəsində Azərbaycan və …

Read More »

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya yola düşüblər

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər. Boyukmillet.com-un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Read More »

Azərbaycan Baş nazirinin müavini İrana səfər edəcək

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı …

Read More »

İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı dəvəti qazaxıstanlı həmkarı ilə telefon danışığı zamanı edib. Dəvət məmnunluqla qəbul olunub. Qeyd edək ki, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Read More »

Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli görüşü olacaq

Bu ay Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli iclasının keçirilməsi ilə bağlı ilkin razılıq əldə olnub. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildiriblər. Məlumata görə, bu ilin may ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun toplantısının keçirilməsinə dair ilkin razılıq əldə edilib. Görüşün dəqiq tarixi razılaşdırılır.

Read More »

Bakıda TBMM-nin sədri ilə TÜRKPA-nın Baş katibi arasında görüş olub

Bakıda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Sürreya Ər arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə TBMM sədri tviterdə yazıb. “Azərbaycana səfərimiz çərçivəsində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Əri Bakıda ziyarət etdik və onun işi ilə bağlı məlumat aldıq. Özlərinə və həmkarlarına ən xoş arzularımızı çatdırdıq”, – …

Read More »

Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Bu gün Bakıda İƏTPA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər. Əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin …

Read More »