Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə bürosu bildirib ki, Şimali Kiprdə baş verən hadisə və prosesləri yaxından izləyir. “Şimali Kipr türkləri bizim qardaşlarımızdır. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə müttəfiq ölkələrdir. Müttəfiq ölkələr olduğumuz üçün …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır”

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin dayandırılması istiqamətində səy göstərirlər. Xüsusilə qardaş Türkiyə tərəfindən Antalya Diplomatiya Forumunda da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox müsbət addım və sülhün yaradılmasına böyük töhfə idi. Biz də bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi …

Read More »

Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib. Boyukmillet.com  xəbər verir ki, təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. “Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi …

Read More »

Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”. Bunu  açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib Onun sözlərinə görə, sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə …

Read More »

İlham Əliyev: “Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək”

“Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda öz əksini tapıb. “Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət …

Read More »

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 10-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Read More »

Deputat: “Azərbaycan və Türkiyə prezidentlərinin danışıqları ciddi nüanslardan xəbər verir

“Hazırkı mürəkkəb geosiyasi situasiya fonunda Azərbaycan və Türkiyə prezidentlərinin bugünkü görüşü, xüsusən, danışıqların 4 saatdan artıq davam etməsi ciddi nüanslardan xəbər verir. Şuşa Bəyannaməsi ilə ali səviyyəyə yüksəlmiş Azərbaycanın və Türkiyənin müttəfiqlik münasibətlərini, habelə, Ankara və Bakı arasında fikir ayrılığının mövcud olmadığını nəzərə alsaq, 4 saatlıq danışıqların bir izahı ola bilər – bölgənin iki əsas güc sahibi Ankara və Bakının …

Read More »

Türkiyə XİN başçısı: “Rusiya və Ukrayna prezidentlərinin görüşünə ümidimiz artıb”

“Müzakirə asan olmadı. Döyüşlər isə davam edir. Təbii ki, təkcə bir görüşdən möcüzələr gözlənilməməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirilən üçtərəfli görüşü dəyərləndirərkən bildirib. M.Çavuşoğlu bildirib ki, bu, başlanğıcdır: “Bu görüşdə liderlərin görüşü məsələsi gündəliyə gəldi. Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir görüşə hazır …

Read More »

Lavrovdan Antalya danışıqları barədə ilk açıqlama: “Digər ölkələrə hücum etmək fikrimiz yoxdur”

“Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib. “Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, – o bildirib. S.Lavrovun sözlərinə görə, …

Read More »

Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatıb

“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. “Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən …

Read More »