Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının sərəncamı “Rəsmi qəzet”də dərc olunub. Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.
Read More »Azərbaycan və Türkiyə müdafiə nazirləri telefonla danışıb
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib. Zakir Həsənov Akçakalede şəhid olan üç türk əsgərinə görə başsağlığı verib.
Read More »Azərbaycan XİN Qazaxıstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “10 Yanvar – Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.
Read More »Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza yenidən müraciət edib
Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Boyukmillet.com-un səfirliyin tviter hesabına istinadən məlumatına görə, müraciətdə deyilir: “Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir. Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya …
Read More »Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bağsağlığıda deyilir: “Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”. Qeyd edək …
Read More »Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə başsağlığı verib
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin hərbçilərinin Suriya ilə sərhəddə həlak olması ilə bağlığı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı səfirliyin tviter səhifəsində yayılıb. Paylaşımda deyilir: “Qəhrəman əsgərlərimizə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı diləyirik”. Qeyd edək ki, hadisə dünən Şanlıurfada, sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub. Öz növbəsində Türkiyə hərbçiləri də dünən PKK/YPG terrorçularının hədəflərinə …
Read More »İlham Əliyevdən Rusiyaya ETİRAZ MƏKTUBU
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, …
Read More »Azərbaycan və Türkiyə XİN başçıları Qazaxıstandakı vəziyyəti müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. Müzakirənin tam təfərrüatı hələlik məlum deyil.
Read More »Səfir Fransanın Aİ-yə sədrliyi dövründə Azərbaycanla bağlı prioritetlərini açıqlayıb
“Mən azərbaycanlıları və Azərbaycandakı fransızları yeni 2022-ci il münasibəti ilə təbrik edirəm və bunu nikbinliklə edirəm, çünki inanıram ki, bu il həqiqətən də, Azərbaycan və Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib. O, diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunan Yeni il təbrikində vurğulayıb ki, Azərbaycan 2022-ci ilə 2021-ci il …
Read More »ABŞ-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
ABŞ-ın Nyu-York şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə bir çox qardaş və dost ölkələrin (Türkiyə, Pakistan, İsrail) diplomatları, təşkilat və dərnək rəhbərləri, Nyu-York və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Mərasim dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
