Cümə , 17 May 2024
Drone Cameras

Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib

Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, səfirliyin feysbukdakı səhifəsində Azərbaycan xalqına başsağlığı verilib:

“Ümumxalq hüzn günü – 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, Qazaxıstan Səfirliyi qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir və müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edir”.

Check Also

Baş nazirin müavini: Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq

Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, …