Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan Prezidenti Kubanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm. …

Read More »

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

arici işlər naziri Ceyhun Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib. “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Yaşasın müstəqil, firavan, güclü Azərbaycan …

Read More »

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, səfir təbrik mətnini tviterdə paylaşıb. “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü səmimi qəlbdən təbrik edir yeni ilin xoşbəxt arzularla sülh və əmin-amanlıq gətirməsini diləyirik”, – səfir qeyd edib.

Read More »

DNEPRDƏ MÖHTƏŞƏM HƏMRƏYLİK TƏDBİRİ KEÇİRİLİB

Boyukmillet.com xəbər verir ki, Dnepr Azərbaycanlıları bir araya toplaşaraq, Dunya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramını qeyd ediblər.Dnepr Azərbaycanlıları adından Konqres sədri Nəcəf Əhmədov çıxış edərək tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını təbrik edib. Nəcəf müəllim deyib ki, tədbirə Ukraynanın bir çox şəhərlərində yaşayan soydaşlarımız qonaq gəliblər. O bildirib ki, Azərbaycan xalqının həmrəylik bayramını təbrik etmək üçün digər xalqların …

Read More »

Səfir: “Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək inkişaf edəcək”

Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbirində deyib. Səfir bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sadəcə türk xalqlarının şəxsiyyətlərinin tanıdılmasını deyil, həm də onların adı ilə bağlı tədbirlərdə iştirak edir: “Bu torpaqlar bizim ata torpaqlarımız olduğundan …

Read More »

XİN-in binası təmir olunacaq

Xarici İşlər Nazirliyinin (XİN) binası təmir olunacaq. Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı elan etdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb. Qeyd olunub ki, XİN-in Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən binasında təmir-tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilən təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender Komissiyasının yekun qərarına əsasən “Pro Build” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin …

Read More »

Vladimir Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Yeni il münasibətilə təbrik ünvanlayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Təbrikdə qeyd olunub ki, iki dövlətin başçılarının başa çatmaqda olan ildə Moskva və Soçidə görüşləri Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib. V.Putin Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi üçün konstruktiv dialoq və sıx birgə fəaliyyətin davam …

Read More »

Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə müntəzəm konteyner yükdaşımaları həyata keçiriləcək

Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə 2022-ci il ərzində müntəzəm olaraq konteynerlərlə yükdaşımalar həyata keçiriləcək. Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-dən bildirilib. “ADY Konteyner” Çinin “Xian Free Trade Port Construction and Operation Co.”şirkəti ilə birgə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Siandan Bakıya növbəti konteyner blok qatarının çatdırılıb. Müqavilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımaların …

Read More »

Ərdoğan Azərbaycan-Türkiyə əməkdaşlığı ilə bağlı daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq qərar imzalayıb. 2012-ci ilin mayın 10-da Bakıda Milli Arxiv İdarəsinin o zamanki rəisi Ataxan Paşayev və Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal tərəfindən imzalanan Protokola əsasən, tərəflər qüvvədə olan …

Read More »

ABŞ Azərbaycanın beş erməni hərbçini təhvil verməsini alqışlayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, – paylaşımda qeyd olunub. Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan …

Read More »