Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan Prezidenti: “Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var”

“Əvvəla, indi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə …

Read More »

İlham Əliyev: “Ümid edirik ki, Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”

“Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda …

Read More »

Prezident: “Biz ədalət istəyirik, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”

“Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, …

Read More »

Azərbaycan Tbilisidə xeyriyyə yarmarkasında iştirak edir

Tbilisidə keçirilən ənənəvi xeyriyyə yarmarkası davam edir.“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan guşəsinə baş çəkən çoxsaylı ziyarətçilər arasında Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya da olub. Azərbaycan səfiri Faiq Quliyev XİN rəsmisini guşə ilə yaxından tanış edib, sərgilənən milli suvenirlər və Azərbaycan isehsalı olan qida məhsulları barədə ətraflı məlumat verib. Səfirlik adından L.Darsaliyaya milli suvenir, neftlə çəkilmiş …

Read More »

Ceyhun Bayramov Pakistana yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana yola düşüb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Read More »

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan-Qətər münasibətləri dinamik inkişaf yolundadır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun …

Read More »

ABŞ Azərbaycanın terrorçuluqla mübarizəsini yüksək qiymətləndirib

“Azərbaycan hökuməti 2020-ci ildə hökuməti quru və dəniz sərhədləri üzərindən, Cənubi Qafqaz vasitəsilə insanların, vəsaitlərin, məhsulların terrorçuluq məqsədilə hərəkət cəhdlərini əngəlləmək, aşkarlamaq və qarşısını almaq üçün məqsədyönlü işlər görüb”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada terrorçuluqla bağlı illik hesabatında bildirilir. Həmçinin 2020-ci ildə Azərbaycanda terror hücumlarının qeydə alınmadığı, dünyəvi bəlaya qarşı mübarizə sahəsində qanunlara müvafiq dəyişikliklər gətirildiyi …

Read More »

ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərini dəstəkləyib

“ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüşləri alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviterdə yazıb. “Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – o qeyd edib.

Read More »

Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə …

Read More »

Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi …

Read More »