“Ermənistan bir çox məsələdə olduğu kimi, mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində də təəssüflər olsun ki, qeyri-səmimi mövqedən çıxış edirdi”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. “Ermənistan tərəfi bu məsələnin ümumiyyətlə, şərh edilməsindən imtina edirdi”, – nazir müavini bildirib.
Read More »XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “2021-ci il dekabrın 8-də Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur. İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı addımlar …
Read More »İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edilib. Dövlət başçısı onun Azərbaycanla TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğulanıb. Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil …
Read More »Azərbaycanla İran arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan İrandakı səfiri Əli Əlizadə İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb. Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib. Azərbaycanın İran üçün yaxın dost və qonşu ölkə olduğunu bildirən Əli Əkbər Mehrabian, iki ölkə arasında sıx tarixi bağların və dəyərlərin olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycanla energetika sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını və bu müstəvidə icra olunan layihələrin tezliklə başa çatdırılması, …
Read More »Ərdoğanın partiyası Ermənistana çağırış edib
“Zəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında deyib. “Biz müharibədən sonra imzalanan sənədlərin icra edilməsini arzulayırıq. Bunun üçün də Ermənistan erməni lobbisinin göstərdiyi …
Read More »Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Ağdam və Füzulidə olub
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Baş katibi Caqannat Çapaqainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, 4-6 dekabr tarixlərində ölkəmizdə səfərdə olan IFRC nümayəndə heyəti Ağdam və Füzuliyə baş çəkib, dövlət qurumlarında görüşlər keçirib və Bakının yaxınlığında məskunlaşmış məcburi köçkünləri ziyarət edib.Nazir müavini IFRC-nin 1990-cı illərdə ölkəmizə …
Read More »Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. XİN-dən bildirilib ki, tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar. Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan …
Read More »Azərbaycan XİN Finlandiyanı təbrik edib
Azərbaycanın Xarici işlər Nazirliyi Finlandiyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik mətni qurumun tviter səhifəsində dərc edilib. “Finlandiya Respublikasının Müstəqillik Günü münasibətilə Finlandiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək, Finlandiya!”, – qeyd edilib.
Read More »Azərbaycan-İran münasibətləri müzakirə olunub
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının 44-günlük Vətən müharibəsində qazandığı qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad Azərbaycanın sevincinin və …
Read More »Prezident İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
