Fransanın müstəmləkəyə çevirdiyi ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan hərəkatların bu gün Bakıda keçirilən birinci qurultayı diqqəti neokolonializm ilə bağlı problemlərə cəlb etmək və onlara son qoymaq məqsədi daşıyır. Boyukmillet.com xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin nümayəndəsi Jan Jakob Bisep Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, …
Read More »Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”. Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident …
Read More »Azərbaycanın beynəlxalq katibliklə imzaladığı Razılaşma təsdiqlənib
2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Razılaşma qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu …
Read More »İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, …
Read More »ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılmasına başlayıb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (PA) Azərbaycanda sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidməti məlumat yayıb. ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib, lakin qeyd edib ki, missiyanın tərkibi barədə danışmaq hələ tezdir: “Biz qarşıdan gələn seçkiləri müşahidə etmək üçün dəvət almışıq və missiya …
Read More »Ermənistanın XİN rəhbəri NATO sammiti çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, Ermənistan XİN rəhbəri NATO sammiti çərçivəsində NATO tərəfdaşları ilə keçiriləcək tədbirdə, həmçinin alyansın 75 illiyinə həsr olunmuş digər tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır.
Read More »Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək
Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir: “Artan yükdaşımalarını nəzərə …
Read More »Şuşada TDT-nin dövlət və hökumət başçılarının iştirakı ilə Qarabağ Bəyannaməsi imzalanacaq
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanacaq. Boyukmillet.com xəbbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən bildirib. Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd edib və bunu tarixi bəyanat …
Read More »Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir
Ermənistan Azərbaycanla danışıqlar yolu ilə sülh sazişinin imzalanmasını vacib sayır. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib. A.Mirzoyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsi, o cümlədən qonşularla münasibətlərin nizamlanması ilə bağlı baxışını təqdim edib. O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla sərhədin …
Read More »İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
