Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Azərbaycan XİN: “Bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır”

“Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır”. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. “Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol …

Read More »

Azərbaycan XİN: “Bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır”

“Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır”. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. “Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol …

Read More »

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

Noyabrın 15-də Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun mənzil-qərargahında NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb. XİN-dən  verilən məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və …

Read More »

Azərbaycan XİN Ermənistan Baş nazirinə cavab verib

“Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Baş nazir Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib. “İlk növbədə qeyd etmək istərdik ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, ötən …

Read More »

Mövlud Çavuşoğlu: “Cənubi Qafqazın sabitliyi və 3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq”

“Regionda vacib hadisələr baş verir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib. “Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini …

Read More »

Ceyhun Bayramov Aİ, NATO və ÜGT rəsmiləri ilə görüşəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Azərbaycanın xarici işlər naziri səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Read More »

Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb

Kolumbiyanın nüfuzlu “NTN24” telekanalının “Xəbərlər” proqramında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü ilə bağlı bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi efirə gedib. Boyukmillet.com xəbər verir ki, müsahibədə bir il öncə Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdiyi məlumat verilib və bu ərazilərin işğalçı dövlət tərəfindən kütləvi minalanmaya və irimiqyaslı dağıntılara məruz qaldığı …

Read More »

Ceyhun Bayramov Tobçubaşovun nəvəsinin məzarını ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”.

Read More »

Moldova mətbuatı İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi ilə bağlı məqalələr dərc edib

Moldovanın xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi ilə bağlı məqalələr dərc edib. Boyukmillet.com xəbər verir ki, Moldovanın noi.md, dosarmedia.md və digər portallarında dərc olunan məqalələrdə qeyd olunur ki, Ali Orden Prezident İlham Əliyevə noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Məqalələrdə bildirilir ki, Prezident İlham …

Read More »

Misir mətbuatı Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsinə geniş yer ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi Misir mətbuatının diqqət mərkəzində olub. Boyukmillet.com xəbər verir ki, Misirin nüfuzlu “Cümhuriyə və ’“Əl Masr Əl Yom” qəzetləri, “Əl Ğad”, “Əl Diplomasi”, “Yeni Dünya xəbərləri” portalları, həmçinin “Asia Əl Yom” agentliyinin saytında qeyd olunub ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə …

Read More »