Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi özünün tviterdəki səhifəsində Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı”. 25 oktyabr, 2020-ci il tarixində #MüzəffərAliBaşKomandan cənab İlham Əliyevin rəhbərliyi altında #RəşadətliAzərbaycanOrdusu #Qubadlı şəhərində üçrəngli …
Read More »Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb
Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlikdə yaradılmış 27 saylı seçki məntəqəsində səsvermə 08:00-dan 20:00-dək davam edəcək. Seçki komissiyasının sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanovdur. Seçicilərin əksəriyyəti Bakı şəhərində, həmçinin Quba, Gəncə və Sumqayıtda yaşayır. Bununla belə, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan seçicilərin də səsvermədə iştirak edəcəyi gözlənilir. …
Read More »Azərbaycanın Rusiyadakı səfirliyi erməni mətbuatının daha bir yalanını ifşa edib
Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb. “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, son günlər erməni KİV-i tərəfindən “Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə …
Read More »Meksika Milli Tarix və Coğrafiya Akademiyasında Azərbaycanın müstəqillik tarixi təqdim olunub
Müstəqilliyin Bərpası Günü münasibətilə Meksika Milli Tarix və Coğrafiya Akademiyasında “Azərbaycan müstəqilliyinin 30 ili – çətinliklərdən uğura doğru” adlı təqdimat təşkil olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, bu ölkənin nüfuzlu elmi dairələrinin, tarix, coğrafiya və digər sosial elmlər üzrə professor və akademiklərinin, habelə Konqres üzvləri və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə həmin ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik …
Read More »Səfir Hildi Hamid: “Naxçıvanın böyük potensialı İndoneziyada tanınmalıdır”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri ikitərəfli əlaqələrdən bəhs edib, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin muxtar respublikaya səfərlərini …
Read More »Hikmət Hacıyev: “Türk Şurasının sammitində çox önəmli qərarların qəbul edilməsi gözlənilir”
“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media Forumunda çıxışı zamanı deyib. “Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası …
Read More »Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” sazişin qüvvədəolma müddəti uzadılır. “Report”un xəbərinə görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır. Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Read More »Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
Milli Məclisin sədri Sahibə Qafarova Afinaya işgüzar səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan parlamentinin sədri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib. S.Qafarova qeyd edib ki, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa edib. Bununla …
Read More »XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb
Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Əvvəlcədən qeyd etmək vacibdir ki, bu …
Read More »Fransada Azərbaycanın Dostları Assosiasiyasına yeni prezident seçilib
Fransada Azərbaycanın Dostları Assosiasiyasına (ADA) yeni prezident seçilib. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Fransa Milli Assambleyasının üzvü, deputat Jerom Lamber keçirilən illik iclası zamanı səsvermənin nəticəsi olaraq gətirilib. Qeyd edək ki, Jerom Lamber Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidentidir. O, 24 ildir deputatdır.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
