Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

8 noyabr – Zəfər Günü tarixində, Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …