Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Azərbaycan XİN İranın xarici işlər nazirinə cavab verib

“İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində …

Read More »

Ərdoğan: “Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm”

“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib. “Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ …

Read More »

Azərbaycan və Çexiya “ağıllı şəhər” və “ağıllı kənd” üzrə əməkdaşlıq edə bilər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Görüşdə Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran M.Cabbarov Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma …

Read More »

Azərbaycan Prezidenti Çin liderinə məktub göndərib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir:“Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Bu gün Çin özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın qabaqcıl ölkələri …

Read More »

Azərbaycan və Çexiya hökuməti arasında Komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni …

Read More »

Çex Respublikasının XİN başçısı: “Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndiririk”

“2015-ci ildə qəbul edilmiş birgə bəyanata əsaslanan əməkdaşlığı yüksək qiymətləndiririk və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulqanek Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə görüşünün nəticələrinə əsasən bildirib. O deyib ki, pandemiyanın səbəb olduğu fasilədən sonra əməkdaşlığı yenidən bərpa etməyimizdən çox şadam: ”Ölkələrimiz arasında ticarət münasibətlərinin inkişaf etdirilməsi zəruridir”. Nazir həmçinin Çex Respublikasının …

Read More »

Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Read More »

Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »

Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Gününün qeyd olunması şərəfinə Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb. Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib. Eyni zamanda binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb. Qeyd edilir ki, Peruda paytaxt Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 …

Read More »