Cümə , 29 Mart 2024
Drone Cameras

XİN başçısı: “Azərbaycanla Xorvatiya arasında ticarət sahəsində rəqəmlər kfayət qədər böyükdür”

“Ölkələrimiz arasında iqtisadi əlaqələr xüsusi yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biznes forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət baxımdan rəqəmlər kifayər qədər böyükdür”.

Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır: “Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrmizi möhkəmləndirir. Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələr də mühüm əhəmiyyətə malikdir”.

Check Also

“Şuşa İƏT Gənclər Paytaxtı – 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb

Martın 28-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa …