Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olunub

“Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

YAP sədrinin müavini bildirib ki, onu da həmin tədbirdə iştirak etməyə dəvət ediblər.

“Eyni zamanda Mehriban Əliyeva Boğaziçi sammitinin açılış sessiyasında da çıxış edəcək”, – o vurğulayıb.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …