Cümə axşamı , 8 May 2025

Xarici siyasət

Hikmət Hacıyev Brüsseldə: NATO baş katibinin müavini ilə görüş olub – FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

Read More »

Bakıda Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilir

Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın inkişafını, o cümlədən Qarabağda atəşkəs barədə üçtərəfli bəyanatın imzalanmasından sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər. Nazir Ceyhun Bayramovun Rusiyalı həmkarı Sergey Lavrov ilə təkbətək görüşü başladı—A  tête-à-tête meeting has started between the Foreign Minister @Bayramov_Jeyhun …

Read More »

Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Boyukmillet.com xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq. Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda …

Read More »

Prezident Rusiyanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Sergey Viktoreviç, sizi Bakıda yenidən salamlamağa şadam. Sizin bu səfəriniz ərəfəsində mən bundan əvvəlki görüşümüzü xatırladım. Şadam ki, sizin Bakıya sonuncu səfərinizdən yarım il sonra biz münasibətlərimizdə müsbət dinamikanın davam etməsini …

Read More »

Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib

Azərbaycan Fransanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş müharibə cinayətlərinə və həmçinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərə dair həqiqətlərin bərpa olunmasına yardımçı olmağa çağırır. Boyukmillet.com bildirir ki, bu barədə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin mətbuat üçün açıqlamasında bildirirlir. Açıqlamada həmçinin Azərbaycan Fransanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyini araşdırmaq üçün Ermənistana kömək göstərməyə dəvət edir. Sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanması məsələsinə …

Read More »

Azər Xudiyev: “ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür”

“ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüşə Bakının ev sahibliyi etməsi şansı böyükdür”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.  Diplomat deyib ki, dünyanın nufuzlu “Politiko” nəşri tərəfindən təklif edilən paytaxtların sırasında Bakının da tarixi görüş məkanı kimi seçilməsi …

Read More »

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici …

Read More »

Xarici işlər nazirinə yeni müavin təyin olundu – EKSKLÜZİV

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub. Boyukmillet.com xəbər veri ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib. Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub. Xatırladaq ki, Elnur Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri …

Read More »

Azərbaycan İspaniyaya yeni səfir təyin edib

Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com -un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990- cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi …

Read More »

Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, saziş üç il müddətinə bağlanıb. Sənəddə qeyd edilib ki, tərəflərin müqaviləni ləğv etmək niyyəti barədə ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə …

Read More »