Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb. Boyukmillet.com xəbər verir ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.
Read More »Türkiyədə olan FHN-in qüvvələri yanğınlarla mübarizəni davam etdirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a FHN-dən məlumat verilib. Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər. Qeyd edək ki, …
Read More »İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan …
Read More »Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib
“Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir. 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib. “Deeskalasiya istəyən …
Read More »Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib
“Azərbaycandakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan əsgərinə, ordusuna necə kömək etdiyinin şahidi oldum. Azərbaycandakı qardaşlarımızla fəxr edirəm. Biz “Bir millət, iki dövlət”ik və xüsusiyyətlərimiz də birdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Yanğın zamanında olduğu kimi, həmişə yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə, nazirlərinə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Əvvəlcə qardaşım …
Read More »Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək
İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün …
Read More »Prezident: “Azərbaycan hökuməti və xalqı Türkiyənin yanındadır”
“Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığında bildirib. “Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – dövlət …
Read More »Hikmət Hacıyev: “Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək”
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib: “Müvafiq …
Read More »Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar. Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. C.Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində …
Read More »İlham Əliyev Əfqanıstana yeni səfir təyin etdi – FOTO
Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyevin digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
