Şənbə , 18 Yanvar 2025

Xarici siyasət

Rəsmi Bakı Cozep Borrellin iddialarına sərt münasibət bildirib

13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ali nümayəndə Cozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz …

Read More »

Baş prokuror BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. K.Əliyev Azərbaycanla BMT və onun qurumları arasında münasibətlərin yüksək səviyyədə olmasını bildirib. Baş prokuror həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin …

Read More »

Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır. “Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan …

Read More »

Azərbaycan XİN Rusiya səfirinə cavab verib

Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı sualı cavablandırarkən deyib. “Bununla yanaşı, sülhməramlıların …

Read More »

Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsi yüksək qiymətləndirilib

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) açıqladığı Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatda qeyd olunub. Sənəddə son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək …

Read More »

XİN: Paşinyan Azərbaycana qarşı növbəti böhtan xarakterli iddialar səsləndirib

Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Boyukmillet.com xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb. “Müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma …

Read More »

Türkiyənin milli müdafiə naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezidentim. Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm. Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə …

Read More »

İtaliya Prezidenti İlham Əliyevi təbrik edib

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir. İnanıram ki, kəskin şəkildə …

Read More »

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar İlham Əliyevə zəng edərək təbrik edib

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə ŞKTC Prezidentinin Mətbuat Xidməti məlumat verib. Prezident Ersin Tatar 5-ci dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevlə telefon danışığı olub. Prezident Ersin Tatar “prezident seçkilərində qazandığı qələbəyə görə” Azərbaycan Prezidenti İlham Əliyevi öz adından və Kipr Türk xalqı adından təbrik edib …

Read More »

Peter Mixalko Azərbaycan XİN-ə çağırılıb, Aİ-yə xəbərdarlıq olunub

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd …

Read More »