Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Ermənistanın baş naziri: Dörd kəndin Azərbaycana qaytarılmasına qarşı deyilik

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil. Boyukmillet.com  “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.

Read More »

Ərdoğan Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq …

Read More »

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfəri edəcək. Boyukmillet.com “Kabar” agentliyinə istinadən xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb.

Read More »

Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək

Qırğız Respublikasının təşəbbüsü ilə işğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb inşa ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib. “Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir”, …

Read More »

Azərbaycanın xarici işlər nazirinin qırğızıstanlı həmkarı ilə görüşü başlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Görüş Bişkek şəhərində keçirilir. Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.

Read More »

Miller: ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə dialoqu alqışlayır

Biz açıq şəkildə bildirdik ki, dialoqu alqışlayırıq (Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair). Boyukmillet.com cəbər verir ki,bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə Azərbaycan və Ermənistan arasında gələcək mümkün təmaslara dair sualı cavablandırarkən deyib. M.Miller bildirib ki, problemin həlli danışıqlar masasından keçir. “Qarşıdan gələn danışıqlar barədə danışmaq istəmirəm. Biz dialoqu alqışladığımızı açıq şəkildə bildirdik. Bu dialoqun asanlaşdırılması üçün …

Read More »

Ermənistan Azərbaycanın “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib

Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. O, söyləyib ki, söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir. Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı …

Read More »

Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın bu ölkədəki səfiri Vladislav Kanevski ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X”də paylaşım edib. “Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə etmək və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı konkret addımlar və iddialı layihələrlə gücləndirmək …

Read More »

Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir – FOTO

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir. “Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər. Qeyd edək ki, Şuşa …

Read More »

Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib. “Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”, – paylaşımda deyilir. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1776655573133504702%7Ctwgr%5E7cfb1c874ee78d0d5e0d2ef964aa48e68673104d%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fazerbaycan-xin-niderland-hakimiyyetine-cagiris-edib%2F&in_reply_to=1776655573133504702 Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı …

Read More »