Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib. “Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd edilib. Xatırladaq …

Read More »

BMT və Aİ nümayəndələri Bakıda partlayışda ölənlərlə əlaqədar Azərbaycana başsağlığı verib

BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyevka Bakıda mebel sexindəki partlayışda ölənlərlə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Bakının Binəqədi şəhərində baş vermiş faciəvi emalatxanada partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tez sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, – V.Andreyevka bildirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da özünün …

Read More »

Azərbaycan səfirindən “Le Figaro”ya cavab: “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”

“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və …

Read More »

Paşinyan: Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır

Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır”, – deyə o qeyd edib.

Read More »

XİN: “Avropa Şurasının komissarının müşahidələri ədalətli deyil”

Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində bildirilib. Qeyd olunub ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər …

Read More »

Rəsmi Bakı: “AŞ komissarının Xocalı soyqırımından sağ çıxan şəxslərlə keçirdiyi görüşlər hesabatda qeyd olunmayıb”

Azərbaycan tərəfi təəssüf edir ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana …

Read More »

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk” – paylaşımda qeyd olunub. Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” …

Read More »

Azərbaycan universitetləri dünyanın ən nüfuzlu reytinq cədvəlində

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024” reytinqində iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb. Ötən il ölkəmizdən 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib. Ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas …

Read More »

Azərbaycan XİN səfirliklərdə Prezident seçkilərinə hazırlıqla bağlı görülən işləri açıqlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür. Bu barədə  XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq …

Read More »

Azərbaycan səfiri ABŞ-dəki türk dövlətlərinin səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə Vaşinqtondakı türk dövlətlərinin diplomatik missiyalarının rəhbərləri arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.“Vəzifə müddəti başa çatmış möhtərəm səfir qardaşımız Murad bəy və İnci xanımla türk dövlətlərinin Vaşinqtondakı səfirləri olaraq toplandıq. Onlara vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə uğurlar diləyir, əmin-amanlıq və xoşbəxtlik arzu edirik. Bir millət, iki dövlət”, – …

Read More »