Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində çalışan mühasibin həbsinə qərar verilib Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyində 15 il mühasib çalışmış Zərifə Abbasovanın həbsinə qərar verilib. Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar çıxarılıb. Bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasovanın işinə baxılır. O, AB-nin Azərbaycandakı səfiri Peter Mixalko və nümayəndəliyin digər məsul şəxslərinin imza və möhüründən yaralanıb bir milyon manata …
Read More »Avropa Parlamenti Aİ-ni Ermənistana üzvlük statusu verməyə çağırır
Qətnamədə Bakının Yerevana təhdidləri də pislənilir Martın 13-də Avropa Parlamentində “Avropa İttifaqı (Aİ) və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul olunub. Qətnamədə Ermənistanın Aİ ilə münasibətlərini gücləndirmək istəyi alqışlanır. Həmçinin Avropa İttifaqının icra orqanlarını, Avropa Komissiyasını və Avropa Şurasını bu arzuya müsbət cavab verməyə çağırırlar. Qətnamənin lehinə 504, əleyinə 4 nəfər …
Read More »İlham Əliyev: Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib
Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Boyukmillet.com-un məlumatına görə, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”, – deyə dövlətimizin başçısı bildirib.
Read More »Azərbaycan Prezidenti: İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq
İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Read More »Ərdoğan: Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq
Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb. O, məktubunda qeyd edib ki, Antalya Diplomatiya Forumu bir çox dövlət başçılarını, 150 ölkədən olan təmsilçiləri bir yerə topladı: “Həmin forumda iqlim dəyişmələri, müharibələr və bir …
Read More »Azərbaycan lideri: Ermənistanın bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi
Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. …
Read More »Prezident Bakı Forumunun iştirakçılarını Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb
Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin …
Read More »XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev tədbirdə iştirak edir
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı tədbirdə iştirak edir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun …
Read More »Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşıladılar.
Read More »Dövlət başçısı: Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəkləyib
Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib. Dövlət başçısı Azərbaycanın Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğulayıb. Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
