Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.
Read More »Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə qərar imzalayıb. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar. Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur. …
Read More »Xorvatiya ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına maraq göstərir
Azərbaycan-Xorvatiya dostluq və səmərəli əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. İki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində ədliyyə nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilir, səmərəli təcrübə mübadiləsi aparılır.Əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Boyukmillet.com …
Read More »Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilir
Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilir. Boyukmillet.com xəbər verir ki, tədbir Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Ziyafətdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, ictimai xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlman İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, QHT nümayəndələri, hərbi atteşelər, Milli Məclisin deputatları, media nümayəndələri və digər rəsmilər iştirak edirlər. Rəsmi ziyafətdə Türkiyə Prezidenti Rəcəb …
Read More »Naxçıvanda Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş ölkələrin dövlət himnləri səsləndirilib. Baş …
Read More »Gürcüstan Baş nazirinin birinci müavini: “Azərbaycan bizim üçün ən vacib tərəfdaşdır”
“Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşdır”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə bildirib. “Biz bu məsələyə böyük önəm veririk. Bizim əlaqələrimiz tək ticarət, enerji sektoru ilə bitmir, bir çox başqa sahələrdə də əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşıdakı illərdə Azərbaycandan …
Read More »Kıbrıslı iş adamı Şəhidlər xiyabanından müraciət etdi
Kıbrıs prezdenti Ersin Tatar ilə birlikdə ölkəmizdə səfərdə olan, Kıbrıslı işadamı Redif Nurel Şəhidlər Xiyabanını ziyarət etmişdir. Boyukmillet.com xəbər verir ki, ziyarət zamanı iş adamı Azərbaycana videomüraciət edərək, iki ölkə arasındakı siyasi məqsədlərdən söz açıb, səfər zamanı yüksək qarşılanmadan məmnun olduğunu bildirib. Həmin videomüraciəti sizlərə təqdim edirik: Ayna Fərhad
Read More »Yeni Kaledoniyadan olan nümayəndə heyəti Milli Məclisdə olub
Oktyabrın 21-də Milli Məclisdə Yeni Kaledoniyadan olan nümayəndə heyətinin bir qrup deputatla görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev görüşdə neokolonizalizmin dünyaya gətirdiyi fəlakətlərdən danışıb. O, Azərbaycanın Sakit okean dövlətlərinin, müstəmləkəçiliyə məruz qalan ölkələrin yanında olduğunu qeyd edib. Bakı Təşəbbüs Qrupunun rəhbəri Ayxan Abbasov çıxışı zamanı sözügedən qurumun cari ilin avqustunda yaradıldığını xatırladıb. Onun sözlərinə görə, …
Read More »Kiyevdəki “Azərbaycan evi” bağlandı – Komitə sual dolu açıqlama yaydı -Yenilənib-VİDEO
Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi “Azərbaycan Evi” 4 aydan artıqdır fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb. “Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir. Komitənin sədri Fuad Muradovun göstərişi ilə heç bir səbəb göstərilmədən “Azərbaycan Evi”nə ayrılan …
Read More »KKTC Prezidentinin Bakıya səfəri bir dönüm nöqtəsidir
Azərbaycanın Quzey Kıbrıs Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanıması məsələsi hər zaman aktual olub. Və hər dəfə bu sual (istək, irad) səsləndiriləndə, əks arqument kimi Azərbaycan torpaqlarının işğalda olması göstərilib. Yəni, Azərbaycan Quzey Kıbrısın müstəqilliyini tanıyacağı anda, analoji addım Cənubi Kipr və Yunanıstan tərəfindən Azərbaycan ərazisindəki qanunsuz rejimin tanınması fonunda atıla bilərdi. Hər halda, bu bir ehtimal və ehtiyatlılıq idi… …
Read More »