Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

STM rəhbəri: “Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir”

Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, deputat Zahid Oruc “Qərbi Azərbaycan yolunda” konfransında çıxışı zamanı deyib. O bildirib ki, əgər Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi: “Qarabağ məsələsinin həlli bütün tarixi torpaqlara qayıdış ruhunu dirçəldib. Bu mənada, Qarabağ zəfəri müstəsna əhəmiyyətə malikdir”. Z.Oruc, …

Read More »

Nyu-Yorkda Heydər Əliyevlə bağlı sənədli film nümayiş etdiriləcək

ABŞ-ın Nyu-York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdiriləcək. “Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutacaq. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və …

Read More »

Ermənistan və İran XİN başçıları Cənubi Qafqazı və 3+3 formatını müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Nazirlər Cənubi Qafqazdakı mövcud vəziyyəti, həmçinin 3+3 formatını müzakirə ediblər. Onlar həmçinin ikitərəfli münasibətlər barədə danışıblar.

Read More »

Prezident İlham Əliyev Paşinyanla Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Boyukmillet.com xəbər verir ki, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Read More »

Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Almaniyadan 325 801 əcnəbi sığınacaq istəyib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Məlumata görə, təkcə noyabr ayında 35 316 ilkin sığınacaq müraciəti qəbul edilib. Yanvar-noyabr aylarında isə 242 185 sığınacaq proseduru ilə bağlı qərar çıxarılıb. BAMF-ın məlumatında qeyd olunub ki, bu il sığınacaq müraciətlərində …

Read More »

Prezident İlham Əliyev belaruslu həmkarı ilə görüşüb

Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları …

Read More »

İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.

Read More »

Azərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin …

Read More »

Kamran Əliyev iranlı həmkarı ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işini müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə bu ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bundan başqa, görüş zamanı ölkələrimizin …

Read More »