Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Cavid Qurbanov: “Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”

“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.

Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …