Cümə , 26 Aprel 2024
Drone Cameras

Çavuşoğludan QARABAĞ AÇIQLAMASI: Rusiya ilə birgə…

Ankara ilə Moskva arasındakı dialoq Qarabağdakı vəziyyətdə nəzərəçarpacaq, real nəticələr verdi.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdin Maliyyə Komissiyasındakı çıxışında deyib.

O, Rusiya ilə bir razılaşma memorandumunun bütün bölgəyə fayda gətirəcəyini söyləyib.

“Bu strateji yanaşmanı qarşıdakı dövrdə də davam etdirəcəyik”, – Çavuşoğlu bildirib.

Nazir Qarabağda atəşkəsə əməl olunmasını izləmək üçün ortaq bir monitorinq mərkəzi yaratmağa dair 11 noyabr tarixində Rusiya ilə anlaşma memorandumu imzalandığını xatırladıb: “Bölgədə sülh və sabitliyin hökm sürməsini istəyirik”. 

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …