Bazar , 8 Fevral 2026
Drone Cameras

Çempionlar Liqası: “Araz Naxçıvan”ın rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan təmsilçisi “Araz Naxçıvan”n da rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın baş məşqi olduğu komanda F qrupunda “Raba” (Latviya), “Kampuksen Dinamo” (Finlandiya) və “Europa” (Cəbəllüratiq) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək oyunlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. “Araz Naxçıvan” qarşılaşmalarını Latviyada oynayacaq.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …