Cümə , 5 İyul 2024
Drone Cameras

Çempionlar Liqası: I təsnifat mərhələsində cavab oyunları başlayır

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

Boyukmillet.com-un məlumatına görə, ilk oyun günündə 11 qarşılaşma baş tutacaq.

Estoniyadakı matçda Malta “Hibernians”ını 2 cavabsız qolla məğlub edən “Flora”, Albaniyada “Teuta”ya 4:0 hesabı ilə qalib gələn Moldova “Şerif”i, həmçinin Macarıstanın “Ferentsvaroş”, Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın “Jalgirirs” və Slovakiyanın “Slovan” komandaları növbəti mərhələyə adlamağa daha yaxındırlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

20:00. “Hibernians” (Malta) – “Flora” (Estoniya)

İlk oyun – 0:2

20:00. “Riqa” (Latviya) – Malmö” (İsveç)

İlk oyun – 0:1

20:00. “Linkoln” (Cəbəllütariq) – “Fola Eş” (Lüksemburq)

İlk oyun – 2:2

21:00. “Şerif” (Moldova) – “Teuta” (Albaniya)

İlk oyun – 4:0

22:00. “Priştina” (Kosovo) – “Ferentsvaroş” (Macarıstan)

İlk oyun – 0:3

22:00. “Mura” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya)

İlk oun 1- :0

22:00. “Borats” (Bosniya və Herseqovina) – ÇFR (Rumıniya)

İlk oyun – 1:3

22:30. “Buduçnost” (Monteneqro) – HİK (Helsinki, Finlandiya)

İlk oyun – 1:3

22:45. “Linfild” (Şimali İrlandiya) – “Jalgiris” (Litva)

İlk oyun – 1:3

23:00. “Şemrok Rovers” (İrlandiya) – “Slovan” (Bratislava, Slovakiya)

İlk oyun – 0:2

23:30. “Şaxtyor” (Soliqorsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan)

İlk oyun – 0:1

Qeyd edək ki, bu raundun digər 5 oyunu iyulun 14-də baş tutacaq.

Check Also

Favoritlərin qitə çempionatlarında 4-cü dueli, Fransa finalda uduzduğu rəqibə qarşı

Avropa çempionatının 1/4 finalında üz-üzə gələcək İspaniya və Almaniya milliləri daha əvvəl böyük turnirlərdə (dünya …